Milyonlarla ukraynalı müharibə səbəbindən müxtəlif ölkələrə köçüb. Ulusal.az xəbər verir ki, müharibə başlayandan bəri 8 milyon ukraynalıya qapılarını açan Polşa hökuməti ölkənin sığınacaqlarında 4 aydan çox qalan ukraynalı qaçqınlardan yemək və sığınacaq üçün pul tələb etməyə qərar verib. Yaşlılar, əlillər və hamilə qadınlar 1 mart 2023-cü il tarixindən qüvvəyə minməsi gözlənilən tətbiqdən azad ediləcək.
Məktəb yataqxanaları və otel otaqları kimi dövlət tərəfindən maliyyələşdirilən yaşayış yerlərində 120 gündən çox qalanlar gündə 40 zlotidən (8,83 dollar) çox olmayan xərcin 50 faizini ödəməli olacaqlar. 180 gün başa çatdıqdan sonra xərclərin 75 faizi qaçqın tərəfindən ödəniləcək, 60 zlotidən (13,25 dollar) çox olmayacaq.