image-rt-reklam
image-1backend

Ötən 21 ildə Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub ŞƏRH

image-728x90

Vətənə, xalqa, dövlətə və dövlətçiliyimizə misilsiz xidmətlər göstərən və Azərbaycan Respublikasına tarixinin ən şərəfli dövrünü yaşadan görkəmli dövlət xadimi, xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin bu gün Prezident seçilməsinin 21-ci ildönümüdür. Düz 21 il öncə, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz düzgün seçimini etdi, Ümummilli Lider Heydər Əliyevin müraciətinə dəyər verərək Azərbaycanın gələcəyinin memarına səs verdi. Azərbaycan xalqı seçkilərdə səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı deyib.

O bildirib ki, 2003-cü ildən etibarən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev öz fəaliyyəti ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi etika nümunəsi təqdim edib. Özünün yüksək idarəçilik məharəti və milli maraqlara söykənən müdrik daxili və xarici siyasəti ilə dünya liderləri arasında yüksək nüfuz, etimad qazanıb.

“Ölkəyə rəhbərlik etdiyi bu illər ərzində Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi: işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli Bayrağımızın dalğalanması. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olaraq Azərbaycanı bütün dünyada qalib ölkə olaraq tanıtdı”, – deyə Mahir Süleymanlı əlavə edib.

Onun sözlərinə görə, 44 günlük şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Bu möhtəşəm tarixi Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici mediaya otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

“Prezident İlham Əliyev ötən 21 illik fəaliyyəti dövründə ona olan inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Dövlətimizin başçısının fəaliyyətini yüksək dəyərləndirən Azərbaycan xalqı isə özünün Liderinə hörmət və ehtiramını ölkə Prezidentinin yanında olmaqla ifadə edir”, -deyə deputat bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90