Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Lakin nişanlanma xətləri sürücülərdə və sosial mediada narazılıq yaradıb. Belə ki, yolun sol xətti velosiped, sağ xətti avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib.
AYNA-dan bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.