Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib.
Bu barədə Ulusal.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib. MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.