image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Minsk qrupunun ləğv olunması mühüm bir hadisədir” – Politoloq

image-728x90

“Uzun illərdir fəaliyyət göstərsə də, fəaliyyətsiz olan Minsk qrupunun ləğv olunması mühüm geosiyasi və regional əhəmiyyətə malik hadisədir. Əgər bu qrup fəaliyyətini davam etdirərdisə, bu, Azərbaycanın həmin təşkilatın faktiki protektoratı — yəni nəzarət və təsiri altında qalması demək olardı.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, bu vəziyyət isə, öz növbəsində, erməni millətçi-daşnak dairələrinə, həmçinin xaricdəki aqressiv erməni diasporasına və lobbi təşkilatlarına revanş — yəni itirilmiş mövqeləri bərpa etmək ümidi verə bilərdi.

“Minsk qrupunun illərlə fəaliyyətdə olması, əslində, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsinə maneə yaradırdı. Çünki qrupun fəaliyyəti real nəticələrə gətirib çıxarmamış, əksinə, münaqişənin uzanmasına, status-kvonun qorunub saxlanmasına şərait yaratmışdı. Hazırda Minsk qrupunun ləğvi iki qonşu xalq — azərbaycanlılar və ermənilər arasında sülhə və qarşılıqlı anlaşmaya real zəmin yaradır. Artıq vasitəçi və ya süni formatlar olmadan, birbaşa dialoq və qarşılıqlı siyasi iradə ilə sülh qurmaq mümkündür. Bu da bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivlərini artırır.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90