image-rt-reklam
image-1backend

“Kəpəz”in İdarə Heyətinin sədri: Hər kəs klubun maddi vəziyyətini bilir

image-728x90

Hər kəs klubun maddi vəziyyətini bilir.

Ulusal.az xəbər verir ki, Bunu  “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Klub rəhbəri komandasının 2024/2025 mövsümü öncəsi hədəflərindən danışıb:

“Yeni mövsümdə baxımlı futbol sərgiləməyə çalışacağıq. Ən azı ötənilki yerimizi qoruyub saxlamaq istəyirik. Məqsədimiz Premyer Liqada qalmaq olacaq. Əlimizdə olan imkanlarla bundan artığını etmək mümkün deyil”.

“Sarı-göylər”in rəsmisi komandanın yeniləndiyini və baş məşqçi Adil Şükürovun heyəti formalaşdırmağa çalışdığını söyləyib:

“Komandamız məşqləri Gəncədə davam etdirir, yoxlama matçlarını isə Qəbələdə keçirir. Uzun-uzadı danışmağa ehtiyac yoxdur. Hər kəs klubun maddi vəziyyətini bilir. Ötən mövsüm heyətdə çıxış edən futbolçuların böyük əksəriyyətini saxlaya bilmədik. Baş məşqçimiz Adil Şükürov komandanı yenidən formalaşdırmağa çalışır”.

İ.Nadiri son olaraq Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcəklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirib. Komanda “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90