image-rt-reklam
image-1backend

İtkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb – RƏSMİ

image-728x90

“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir götürülməsi bizə məlum idi”.

Ulusal.az-ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.

“Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi ilə bağlı məlumat tələb etmişik.

Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, – deyə o əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90