image-2000x150
image-1backend

İsrail kəşfiyyatının rəhbəri istefaya getdi – Nə baş verir?

image-728x90

İsrail Müdafiə Qüvvələrinin (IDF) Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Aharon Haliva istefa verib.

Ulusal.az xəbər verir ki, bu barədə IDF Telegram-da məlumat yayıb.

“Baş Qərargah rəisinin qərarına və müdafiə nazirinin təsdiqinə əsasən, general-mayor Aharon Halivanın varisi təyin olunan kimi vəzifəsini tərk edərək İsrail Müdafiə Qüvvələrindən istefaya göndərilməsi qərara alınıb”, – deyə məlumatda bildirilir.

General ,Haliva istefa məktubunda oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü və bununla əlaqədar olaraq İsrail kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verdiyini qeyd edib. O, İDF Kəşfiyyat İdarəsinin əməkdaşlarının yüksək peşəkarlığını vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90