image-rt-reklam
image-bez-nazvaniya-1backend

Heydər Əliyev bizi necə xilas etdi?

image-728x90

Ümumilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqil hüquqi dövlət kimi qurulması, inkişafı üçün nəhəng işlərə imza atdı.

Bu mənada milli müstəqilliyimizin əsas  atributu olan Azərbaycan Konstitusiyasıının qəbul olunması xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev xalqın tələbi ilə yenidəm hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətdə ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Qanun layihəsinin  hazırlanması haqqında Milli Məclisin 1993-cü il  6 dekabr tarixli qərar oldu. Lakin bu qərar əsasında  yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Daha sonra 1995-ci il mayın 2-də Milli Məclis prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaratdı. Milli Məclisin qərarı ilə bu komissiya Azərbaycan Respublikasınım yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli lider Heydər Əliyev yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi:

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir…Konstitusiyamız Azərbaycan da məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır. Qeyd edək ki,  Komissiyanın tərkibinə respublimanımm tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar  hüquqşünaslar daxil idi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusiyon quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləm müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də  ümumxalq səsverməsində (referendumda) 91,9% səslə qəbul edildi.”

1995-ci il noyabrın 10-da Azərbaycan Respublikasının yeni Konstitusiyasınl hazırlayan komissiyanın son doqquzuncu iclasındakı çıxışında prezident Heydər Əliyev Konstitusiya Komissiyasının bütün üzvlərinin layihənin hazırlanmasında olduqca səmərəli, faydalı, tarixi xidmətlərini vurğulayıb. Ümumil lider deyib:

“Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd- siyasi, hüquqi sənəd yaratmışıq.”

Zəhra İsgəndərli Şahmurad

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90