Qətərdə təşkil edilən dünya çempionatının təşkilat komitəsinin baş katibi Həsən Əl-Təvadi sensasion açıqlama verib. Ulusal.az xəbər verir ki, Həsən Əl-Təvadi Qətərdə stadionların tikintisi zamanı 500-ə yaxın fəhlənin öldüyünü açıqlayıb.
Həsən Əl-Təvadi bunu məşhur jurnalist Pirs Morqana müsahibəsində açıqlayıb.
“Hazırda dəqiq rəqəmimiz yoxdur, amma deyə bilərəm ki, hərbçilərin sayı təxminən 500-ə çatır. Bir nəfərin belə itkisi bizim üçün çox baha başa gəlir və vacibdir”, – deyə birliyin baş katibi bildirib.