“Heç bir bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik”.
Bunu Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları C qrupunun ilk tur oyunundan sonra deyib.
35 yaşlı futbolçu bu məğlubiyyəti gözləmədiklərini bildirib:
“Uzun müddətdir qarşılaşmadığımız bir vəziyyətdir. Bizim üçün ağır zərbə oldu. Amma əsl komanda olduğumuzu göstərməliyik”.
Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu penaltidən Lionel Messi vurub.