image-2000x150
image-1669742571_3backend

DÇ-2022: Niderland və Seneqal 1/8 FİNALDA

image-728x90

Xəbər verdiyimiz kimi DÇ-2022-nin qrup mərhələsində sonuncu – 3-cü tura start verilib.

Ulusal.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Niderland Qətərlə qarşılaşıb.

Niderland 2:0 qələbə ilə qrupda müvafiq olaraq 1/8 finala vəsiqə qazanıb.

Niderland – Qətər – 2:0

Qol: Kodi Qakpo, 26, Frenki de Yonq, 49

Qeyd edək ki, eyni vaxtda Ekvador yığması Seneqalla qarşılaşıb. Oyun 2:1 hesabı ilə Seneqalın xeyrinə yekunlaşıb və komanda1/8 finala vəsiqə qazanıb.

B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşacaq. Eyni saatda Britaniya derbisi gerçəkləşəcək. Uels İngiltərə ilə üz-üzə gələcək. Bu qrupda isə bütün komandaların pley-offa yüksəlmək şansı var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90