image-2000x150
image-1669099767_nesib-meclisdebackend

Ermənistanın elə bir hərbi gücü yoxdur ki, yeni müharibəyə başlasın-DEPUTAT

image-728x90

Son günlər sərhəddə erməni təxribatlarının sayı artıb. Gündəlik bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutan düşmən cavab atəşi ilə susdurulsa da, lakin sözügedən mənfi tendensiya davam edir. Hadisələrin bu cür gedişi isə yenidən hərbi əməliyyatların başlaması ehtimallarını artırır. Bəzi eksprtlər Azərbaycan Ordusunun yenidən düşmənə qarşı ciddi tədbirlər görəcəyini, sərhəddə aktiv döyüşlərin gedəcəyini proqnozlaşdırsa da, lakin bunun əksini düşünənlər də var. Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də hesab edir ki, sərhəddə artan erməni təxribatları geniş miqyaslı hərbi qarşıdurmaya səbəb olmayacaq.

Millət vəkili bunları deyib:

“Düşünmürəm ki, son günlər sərhəddə artan erməni təxribatları, geniş miqyaslı hərbi qarşıdurmaya səbəb olsun. Ermənistanın elə bir hərbi gücü yoxdur ki, yeni müharibəyə başlasın. Əsas himayədarı, Rusiyanın, kifayət qədər öz problemləri var. Burada, İranın və Fransanın destruktiv fəaliyyətlərini görürük”.

Nəsib Məhəməliyev bildirib ki, erməni diasporası, lobbi təşkilatları və keşmiş Qarabağ klanını təmsil edən revanşist qüvvələr, Azərbaycanın qələbəsini həzm edə bilmir:

“Təxribatlar, Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlı olan, xarici qüvvələrin təsiri ilə, məhz onlar tərəfindən törədilir”.Newscenter.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90