“Azərbaycan Əsgəri istənilən döyüş əməliyyatını icra etməyə hazırdır. Qarabağda, həmçinin Ermənistanla sərhəddə istənilən təxribatın qarşısı alınacaq. Əsgərimiz Bayrağımızı hətta düşmən ölkənin bizə qarşı təhdid yaradan istənilən nöqtəsində qaldırmağa hazırdır və bunu dəfələrlə edib.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, Qarakilsə, İstisu, Basarkeçər, Qafan və Gorus rayonlarının başı üstündə Bayrağımızı qaldıran Əsgərimiz növbəti zəfərə imza atmaq üçün əmr gozləyir.
“Ermənistanın 30 faiz ərazisi Əsgərimizin vizual müşahidəsi altındadır. Hər düşmən təxribatı bizi depresiyaya salmalı deyil. Bayraqla bağlı videomaterialin erməni tərəfinin 3 həftə sonra turajlanmasi zəif immunitetə malik izləyiciyə hesablanıb. Hadisələri araşdırmalı, nəticə çıxarmalıyıq. Baş verən bütün, hətta xoşagəlməz hadisələri daim öz xeyrimizə istifadə etmisik. Bu belə də davam edəcək.Əgər ermənilər təxribatdan əl çəkməsə Azərbaycan əsgəri növbəti dəfə dəmir yumruğu işə salacaq” -deyə Arzuman Muradlı bildirib.