image-rt-reklam
image-bez-nazvaniya-1backend

“Erməni silahlıları Qarabağdan çıxmayana qədər əməliyyat davam etməlidir” – Ramil Məmmədli

image-728x90
“Qarabağdakı erməni separatçılarının yenidən silahlanması, onların kənar güclər tərəfindən bu şəkildə stimullaşdırılmasının qarşısını almaq üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirməlidir.”Ulusal.aza açıqlamasında bunu hərbi şərhçi Ramil Məmmədli bildirib.
Ramil Məmmədli hesab edir ki, tezliklə Qarabağdakı birləşmələrin çıxardılması üçün hərəkətə keçmək lazımdır.
“Paralel olaraq isə hələ də Qarabağda yerləşmiş Ermənistan Müdafiə Nazirliyinin 1-ci Əlahiddə Ordusunun hərbi birləşmələrinin və separatçı ermənilərin qanunsuz silahlı bölmələrinin çıxarılması (yaxudda, tərkisilah edilməsi) üçün ciddi tələb irəli sürülməlidir. Bu tələblər icra olunmadığı təqdirdə həmin silahlı birləşmələrin hərbi hissələri aviasiya zərbələri və müvafiq hərbi əməliyyatla məhv edilməlidir.” –  Ramil Məmmədli bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90