image-rt-reklam
image-1backend

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

image-728x90

ADA Universitetində baş tutan mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ulusal.az  xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də digər qonaqlar öz çıxışlarında dördüncü mövsümün qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Fərhad Hacıyev nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində “Yüksəliş” müsabiqəsinin təsis olunması ilə bağlı imzaladığı Sərəncamı xatırladaraq belə fürsətin və platformanın yaradılmasına görə cənab Prezidentə təşəkkürünü bildirib.

Çıxışlar zamanı qeyd olunub ki, müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və əlaqələr, eləcə də 1 illik mentorluq proqramı qaliblərin peşəkar həyatlarına mühüm təsir göstərəcək.

Daha sonra isə Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin xüsusi qonaqları builki qalibləri diplomla təltif edib, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, qalibləri 1 il ərzində mentorlardan — dövlət qurumlarının rəhbərlərindən və iri şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.

Dördüncü mövsümün qaliblərinin adlarını təqdim edirik:

1. Rəhimov Teymur Azər oğlu

2. Şamilzadə Orxan Müşfiq oğlu

3. Əmmayev Təbriz Bilal oğlu

4. Mustafayev Sənan Sahid oğlu

5. Nəcəfli Cəfər Yusif oğlu

6. Şirinli Qaraxan Bayraməli oğlu

7. Hüseynli Kamal Həsən oğlu

8. Həsənəlizadə Şəfəq İlham qızı

9. Musayeva Günel Elşad qızı

10. Yaqublu Toğrul Namiq oğlu

11. Göyüşov Səbuhi Nizami oğlu

12. Hüseynov İsmayıl Sayəddin oğlu

13. İsgəndərov Orxan Elman oğlu

14. Babazadə Salman Məhəmməd oğlu

15. Qocayev Nicat İlham oğlu

16. Məmmədov Ayaz Məmmədrahim oğlu

17. Hüseynov Seymur Elşad oğlu

18. Həsənli Aslan Yusif oğlu

19. Qasımov Anar Aslan oğlu

20. Məmmədxanlı Rüfət Cahangir oğlu

21. Əsgərov Əkbər Rövşən oğlu

22. Səmədov İnsafəli Cümeyir oğlu

23. Fətəliyev Eyyub İlqar oğlu

24. Məmmədov Şahlar Elman oğlu

25. Abdullazadə Elnur Fazil oğlu

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90