image-rt-reklam
image-3backend

DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR MƏMMƏDOV ANILIB

image-728x90
Noyabrın 23-də daşkəsənli Vətən müharibəsi şəhidi əsgər Məmmədov Elnur İsrafil oğlunun anım günü Gəncə Şəhidlər Xiyabanında keçirilib.
Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidin yaxınları, rayonun şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb, dualar oxunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından Şəhidin ailəsinə və yaxınlarına bir daha başsağlığı verdikdən sonra Vətən müharibəsi şəhidi əsgər Elnur Məmmədovun şərəfli həyat və döyüş yolundan danışıb.
Şəhidin atası İsrafil Məmmədov və anası Maisə Pirverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90