Millət vəkili Ülvi Quliyev 8 noyabr Zəfər Gününün ikinci ildönümündə paytaxtın Yasamal rayonunda təşkil edilən tədbirdə iştirak etdi. Öncə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Yasamal rayon şəhidlərinin xatirə kompleksində bir araya gəldilər. Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi,Dövlət himni səsləndirildi, kompelks önünə gül dəstələri qoyuldu.Ulusal.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabından məlumat verərək yazıb:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin ,doğmalarına və xalqımıza səbr,qazilərimizə şəfa versin!”