Misir 2023-cu ildə Avropaya qaz satacaq. Ulusal.az xəbər verir ki, Misir hökuməti ölkənin boşalmış xəzinəsini doldurmagın yolunu tapıb. Hökumət bəyan edib ki, dekabrın 1-dən ölkədə qazla işləyən müəssisələr elektrik enerjisi ilə işləyəcək. Əvəzində qənaət edilən qaz Avropaya satılacaq. Bu qənaət nəticəsində təqribən 15% artıq qaz Avropaya çatdırılacaq.