Səbəb isə olduqca ilgincdir. 2022-ci ilin noyabrında şirkətdən ev alan sakinlərə bildirilib ki, onlara catacaq ƏDV-lər tezliklə ödəniləcək. Lakin 2023-cü ilin aprelin 1-də sakinlərə bildiriblər ki, ƏDV-lərin qaytarılması sırf texniki problem üzündən yerinə yetirilə bilmir. Yüzlərlə sakin onlara çatacaq külli miqdarda vəsaitdən mərhum olublar. Şikayətçilər bildirir ki, təxminən 150-yə yaxın sakinin ƏDV-si geri qaytarılmayıb ki, bu da təxminən 1 milyon AZN-ə yaxın vəsait edir.
Qanunvericiliyə görə ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılmalıdır.
Bunun üçün vətəndaş ödədiyi məbləği 2 hesaba ödəməlidir. Bunun biri, satıcı şirkətin əsas hesabıdır, digəri isə depozit ƏDV hesabıdır.
Lakin “Kristal Abşeron” şirkəti vaxtında bunu vətəndaşlara izah etməyib. Və bütün vəsaitlər yalnız şirkətin hesabına ödənilib. Dövlət hesabına heç bir vəsait ödənilmədiyi üçün müştərilər ƏDV-nin 30 faizini geri ala bilmir.
Lakin məsələnin ilginc tərəfi ondan ibarətdir ki, “Kristal Abşeron” şirkəti bilə-bilə vətəndaşları Vergi Xidmətindən hesab açılması haqqında məlumat verməyib. Çünki sakinlərə ödənilməyən ƏDV-lər yenidən “Kristal Abşeron” şirkətinin hesabına geri qaytarılır. “Kristal Abşeron” şirkəti məhz bu yolla vətəndaşlara məxsus 1 milyon manata yaxın vəsaiti mənisəyib. İndi “Park Yasamal-2” yaşayış massivinin sakinləri iki yol arasında qalıblar. Maraqlı məqam ondan ibarətdir ki, indi şikayətçilər məhkəməyə də üz tuta bilmirlər. Çünki qanunun tələbinə əsasən ev alan şəxslər 90 gün ərzində Vergi Xidmətinə müraciət etməli idilər. Lakin “Kristal Abşeron” şirkəti bilə-bilə vətəndaşları aldadaraq onların Vergi Xidmətinə müraciət etməli olduqlarını izah etməyib.
P.S. “Kristal Abşeron” şirkətinin mövqeyini dərc etməyə hazırıq.