image-2000x150
image-scree-1668687483backend

“Kristal Abşeron” yalançı reklamla vətəndaşları necə tora salır? –  SENSASİON FAKTLAR

image-728x90

Azərbaycanda ən böyük tikinti şirkətlərindən biri olan  “Kristal Abşeron” tikinti şirkəti vətəndaşları aldatması ilə bağlı xəbərlər yayılır.

Maraqlıdır ki,  insanlar “Kristal Abşeron” tikinti şirkətinin televiziyada gedən reklamına aldanaraq baş ofisə yaxınlaşırlar və tora düşürlər. Bu eynilə balığın qarmağa düşməsinə bənzəyir. Çünki bu tora düşən vətəndaş buradan qurtuluş yolunun olmadığını anlayır.

Digər bir çox tikinti şirkətlərində olduğu kimi, “Kristal Abşeron”un timsalında qiymətlərə baxdıqda mənzillərin əlçatan olmadığı görünür. Eni və uzunu 1 m olan bir sahənin qiyməti 1700 manatdan yuxarıdır, kreditin aylığı da bu məbləğ ətrafındadır.

Araşdırmamız zamanı məlum oldu ki, “Kristal Abşeron” şirkətindən 20 illik ipoteka ilə mənzil aldıqda, mənzil alıcıya ən azı ikiqat baha başa gəlir. Bu da alıcılarda narazılıq doğurur. Onlar haqlıdırlar, orta aylıq əmək haqqının 460 manat olduğu bir ölkədə, şəhər kənarında mənzilin 1 kavdrat metri 1700 manatdan yuxarı qiymətlərə təklif olunur. Normal 2-3 otaqlı mənzili 20 illik ipoteka ilə aldıqda isə aylıq ödəniş 1500 -2500 manat civarında olur. Bəlkə, “Kristal Abşeron” şirkəti bu qiymətlərin ədalətli olduğunu müdafiə edə bilər. Amma bir çox alıcılar hesab edir ki, “Kristal Abşeron” şirkətindən asılı olan və olmayan səbəblərə görə, bu qiymətlər həddindən artıq yüksəkdir. Müqayisə üçün, qonşu Gürcüstanda  “Kristal Abşeron”un qiymətlərindən xeyli aşağıdır. Bakıda qiymətləri yüksək olan şirkət təkcə “Kristal Abşeron” deyil. “Melisa Park” yaşayış kompleksində də qiymətlər “od tutub yanır”.

Ümumiyyətlə, bir çoxları mənzilin 20 illik ipoteka ilə baha çıxmasına normal baxırlar və onlar bunu pulun “zaman dəyri” ilə əlaqələndirirlər. Əslində, mənzillərin baha olması ipoteka ilə əlaqədar deyil, daha çox 1 kvadrat metrinin qiymətinin yüksək olması ilə bağlıdır. Məsələn, Qara Qarayev, Neftçilər, Xalqlar Dostluğu metro stansiyaları ətrafından təmirli mənzili 1 kvadrat metri 1200 manatdan almaq mümkündür. İstəyənlər əmlak saytlarına da baxa bilərlər.

“Kristal Abşeron”da qiymətlər isə çox yüksəkdir. “Kristal Abşeron”, Biləcəridə tikdiyi binada mənzilin 1 kvadrat metrini 1600 manata, M.Əcəmidə 2000 manata, Qara Qarayev metrosu yaxınlığında 1800 manata, Bayılda 1800 manata satır. Bu qiymətlər az qala şəhərin mərkəzində tikilən lüks yaşayış komplekslərinin qiymətləri ilə eynidir.

Devalvasiyadan sonra “keyfiyyətli xarici istehsal olan materiallardan istifadə edirik ” deyərək qiymətləri qaldıran bu şirkət, indi alıcı tapmaqda çətinlik çəkir. Şirkət son zamanlar 4,5% effektiv faizi qabardaraq alıcı cəlb etməyə çalışır. Amma müşahidələrimiz göstərir ki, şirkətin alıcıları kəskin azalıb.

“Kristal Abşeron”ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. “Reklamda başqa bir şey deyirlər, ofisə gedirsən başqa bir şey. Qiymətləri od tutub yanır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90