image-rt-reklam
image-381678165_1254790131875789_845775640147780650_nbackend

Şəhidlərdən ikisi polkovnik-leytenant olub – Foto

image-728x90

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 

Ulusal .az xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.

Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.

Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.

Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov

Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90