Ermənistanda Vətən Müharibəsi zamanı baş vermiş hərbi cinayətlərlə bağlı aparılanm cinayət işinin bir hissəsi yekunlaşıb. Ulusal.az xəbər verir ki, həmin vaxt müharibədə hərbi qanunları pozanların bir qismi artıq məhkəmə qarşısına çıxarılıb.
Dünən bu qəbildən olan daha bir məhkəmə prosesi keçirilib. Prosesdə Hadrutda “Vışka” deyilən ərazidə baş vermiş hadisə ilə bağlı cinayətdə iştirakçı olmuş hərbçinin mühakiməsi həyata keçirilib. Belə ki, İşxan Vahanyan komandiri olduğu batalyonu tərk edərək, döyüş mövqeyini qoyaraq, qaçmaqda, tabeçiliyində olan əsgərləri təhlükə qarşısında qoymaqda ittiham olunur.
Onun əsgərlərindən olan Msto Mstoyan şahid ifadəsi verərək bildirib ki, onlar hələ oktyabrın əvvəlindən Hadrut şəhərinin yaxınlığında yerləşən “Vışka” deyən ərazidə yerləşdiriliblər. “Ərazini qorumaq tapşırığı almışdıq. Lakin İşxan Vahanyan10 oktyabr 2020-ci il tarixdə bizi ataraq, gizlicə qaçdı. Onun hara getdiyindən xəbərimiz yoxdur. Lakin başsız qaldığımızdan Azərbaycan Ordusuna müqavimət göstərə bilmədik və postumuzu tərk edərək, oradan çıxdıq”.
Qeyd edək ki, Ermənistan İstintaq Komissiyası döyüş mövqeyini qoyaraq, qaçan çoxlu sayda zabitin olduğunu xeyli əvvəl açıqlamışdı. Onların arasında çoxlu sayda yüksək rütbəli zabitlərin olduğu da vurğulanır. Hətta Hadrut və Qubadlı istiqamətlərində erməni generalların aradan çıxması ilə bağlı çoxlu faktların olduğu da bildirilir. Komissiya bəyan edib ki, həmin hərbçilər barədə cinayət işləri açılıb.jamaz