“Azərbaycan bizə olduqca cəlbedici təkliflər veir . Amma nədənsə bun təklifləri heç kim nəzərdən keçirmək istəmir”- Ulusal.az xəbər verir ki, bunu ermənilərin “Hraparaq” nəşri yazıb.
Nəşr bildirib ki, Laçın dəhlizinin açılması ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb.
“Bu danışıqları pozanlar kimlərdir? Kim Azərbaycanın təkliflərini dəyərləndirmək istəmir? Onlar mədənlərə giriş istəyirlər. Bu girişi vermək kimə mane olur, olduqca maraqlıdır. O mədənlərdən sadə ermənilərə heç nə çatmır. Azərbaycan bizə olduqca cəlbedici təkliflər edir. Hərbiçiləri çıxarın, sizi ən yaxşı təminatlarla təmin edək. Bəzi separatçılar yaxşı yaşamaq istəmir” – nəşr qeyd edib.