image-rt-reklam
image-1backend

Çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib

image-728x90

Lənkəranda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Ulusal.az-ın verdiyi xəbərə görə, iyulun 19-da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati dairəsi üzrə nümayəndəliyində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda müşavirə keçirib.

Müşavirədə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub. Eləcə də çimərliklərin vəziyyəti, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Sonda çimərlik ərazilərində istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib, çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı təbliğat materialları paylanılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90