image-rt-reklam
image-1backend

Bayraktar Türkmənistan qazının Türkiyəyə tranziti ilə bağlı İranla tezliklə razılığa gəlməyə ümid edir

image-728x90

Türkiyə yaxın vaxtlarda İranla Türkmənistan təbii qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir.

Ulusal.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Türkiyə hazırda qonşu İran vasitəsilə qaz mübadiləsi (svop) yolu ilə Türkmənistandan qaz idxalı imkanlarını araşdırır”, – o bildirib.

Nazir əlavə edib ki, bu ayın sonunda İrana səfəri zamanı razılığa gəlməyə ümid edir.

Qeyd edək ki, 2024-cü il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Buraya Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəalar daxildir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90