image-rt-reklam
image-1backend

Bakıdan İrəvana YENİ TƏKLİFLƏR PAKETİ: Azərbaycanın irəli sürdüyü ƏSAS ŞƏRTLƏR – AÇIQLAMA + FOTO

image-728x90

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan aprelin 26-da İrəvanın Bakıdan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alması barədə məlumatları şərh edib. Bildirib ki, ölkəsi Azərbaycanın son təkliflərinə cavab verib. Qeyd olunub ki, bundan əvvəl isə aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketini cavablandırıb.

Maraqlıdır, Bakının sülh sazişi layihəsi ilə bağlı son təkliflər paketində nələr yer alıb? Azərbaycan tərəfi hansı məsələlərdə prinsipiallıq nümayiş etdirir? Qarşı tərəfin şərtlərimizi olduğu kimi qəbul etməsi və nəticə olaraq tezliklə sülh sazişinin imzalanması realdırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsi üzrə intensiv məlumat və təkliflər mübadilələrinin həyata keçirilməsi ümumi işin xeyrinə doğru dəyər qazanır.

Onun sözlərinə görə, Azərbaycan indi iki prioriteti irəlilətməkdə maraqlıdır: “Birincisi, Ermənistan Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı zəmanətlər verməlidir. Əks təqdirdə rəsmi Bakı bu zəmanəti özü təmin edə bilər. Bunun forma və məzmununu ayrıca diqqətdə saxlayaraq təhlil edə bilərik. İkincisi, Naxçıvanla quru əlaqəsini yaradacaq koridorun – Zəngəzur dəhlizinin – açılmasını təmin edən məsələnin sülh müqaviləsində əks olunmasına nail olmaqdır. Mənim qənaətimə əsasən, Azərbaycan bu iki məsələnin sülh müqaviləsində əks olunmasını vacib sayır. Sərhədlərin delimitasiyası fərqli bir kontekstdir. Qazaxın 4 kəndinin geri qaytarılması fonunda delimitasiya və demarkasiya prosesinin sülh müqaviləsindən kənar proses formasında müsbət təcrübəsini gördük”.

Ermənistanın Konstitusiya dəyişikliyinə getməsinin vacibliyi barədə Azərbaycanın irəli sürdüyü tələbə gəlincə, A.Kərimov hesab edir ki, bu, bir qədər fərqli mərhələnin mənzərəsi kimi görünür: “Ermənistanda Konstitusiya dəyişikliyi yekun sülhün təmini üçün alternativ müsbət istiqamət aça bilər. Buna görə də, bu fikir daha məntiqli görünür ki, Ermənistan sülh müqaviləsi imzalanana qədər Konstitusiyasını dəyişdirsin. Ancaq bu ssenaridə ağlabatan səslənir ki, Azərbaycanla Ermənistan arasında mütləq sülh üçün çərçivə sənədi imzalanır, ardınca Ermənistan Konstitusiya dəyişikliyinə gedir, daha sonra isə Bakı ilə İrəvan arasında final sülh sazişi imzalanması istiqamətində danışıqlar yeni mərhələyə adlayır. Bütün pozitiv dinamikaya və proqnozlaşdırılabilən mümkün müsbət tendensiyalara rəğmən, sülh gündəliyinin İrəvanın bəzi qaranlıq siyasəti nəticəsində kənar güclərin müdaxiləsinə məruz qalmaq riskləri də qalmaqdadır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90