image-rt-reklam
image-qandall1backend

Paytaxtda motosiklet və moped oğruları saxlanılıblar

image-728x90

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək naməlum şəraitdə dəyəri 1500 manat olan “Tufan M-50” markalı motosikletinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Şərifov müəyyən olunaraq saxlanılıb.

Nizami rayonunda isə paytaxt sakininə məxsus mopedi talamaqda şübhəli bilinən daha üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90