Azərbaycanın şimal rayonu – Qubanın adını daşıyan təyyarə ilə Qazaxıstanın nisbətən şimalı olan Astanaya yola düşdük. 3 saatlıq uçuşdan sonra paytaxt Astananın Beynəlxalq Hava Limanına çatdıq. Müasirliyi ilə seçilən şəhərin ərazisi 800 kvadratkilometrə yaxındır. Yəni, Bakıdan 2,6 dəfə kiçikdir. Əhalisinin sayı isə 1,5 milyon nəfərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. Bu səbəbdən də 1999-cu ildə UNESCO tərəfindən “Sülh şəhəri” adına layiq görülüb.
Şəhərin əsas ictimai nəqliyyatı avtobus və taksilərdir. Metro olmadığından bəzən tıxaclar da yaşanır. Amma şəhər planlı şəkildə salındığından tıxclar qıssamüddətli olur. Şəhərdə parklar və idman obyektləri çoxluq təşkil edir.
Çoxmərtəbəli binaları ilə göz oxşayan şəhər təmizliyi ilə də diqqət çəkir. İqlimi kontinentaldır. Yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşahidə olunur.
Gecələr hətta şəhərə görmə məsafəsini xeyli azaldan duman çökür.
Paytaxt kimi 1997-ci ildə seçilən bu şəhərin adı bir neçə dəfə dəyişib. Müxtəlif illərdə Aqmolinsk, Selinoqrad, Aqmola, Astana və Nur-Sultan adlanıb. 2022-ci ildən isə Astana adı yenidən özünə qaytarılıb.
Binada qalereya, böyük akvarium və restoran, 97 metr yüksəklikdə isə şəhəri seyr etmək üçün rəsədxana yerləşir. Şarın hazırlandığı şüşə günəş şüalarının təsiri ilə rəngini tez-tez dəyişir.
Mərkəzi Asiyanın və MDB məkanının ən böyük məscidi olan “Həzrəti Sultan” da burada yerləşir.
Çadır polad kabellər şəbəkəsi və xüsusi şəffaf parçadan ibarətdir. Temperatur fərqinin daxilə təsir etməməsi üçün də polimer örtük çəkilib.
Astanaya xüsusi gözəllik qatanlardan biri də İşim çayıdır. Şəhəri 2 hissəyə bölən çay iri şəhərlərin içməli su tələbatının ödənilməsində və balıqçılıqda önəmli rol oynayır.
Ümumilikdə şəhər insanda çox gözəl təəssürat yaradır. Eyni dinə və tarixi kökə mənsubluq da buraya səyahətin cəlbediciliyini daha da artırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






















