image-rt-reklam
image-1backend

Fəzail Ağamalı: Son qərarı Ədliyyə Nazirliyi verəcək

image-728x90

Oktyabrın 25-də “Ana Vətən” Partiyasının növbədəkənar qurultayında baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Bunu Ölkə.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı partiyanın qurultayından yaşananlar və bundan sonrakı addımları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, qurultay zamanı kifayət qədər hüquq pozuntularına yol verilib və baş verənlərlə bağlı sənədlər hazırlanmaqdadır. “Sənədlər ən qısa zamanda hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər çatdırsaq gün ərzində sənədləri təqdim edəcəyik”, – o qeyd edib.
Fəzail Ağamalı bildirib ki, qarşı tərəfin də müraciəti ola bilər: “Bizim onların hər hansı addım atıb-atmayacağı ilə bağlı fikri bildirmək niyyətimiz yoxdur. Bu onların haqqıdır. İnanıram ki, Ədliyyə Nazirliyi məsələyə baxıb tez bir zamanda obyektiv, arqumentləşdirilmiş şəkildə hüquqi qiymət verəcək. Ədliyyə Nazirliyinin qərarı həlledici olacaq. Bu qərarı heç kimin şübhə altına almağa haqqı çatmayacaq”.

F.Ağamalı onu da əlavə edib ki, Ədliyyə Nazirliyinin qərarından sonra növbədənkənar qurultay yenidən keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90