Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Ulusal.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.
Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.
Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib.