image-rt-reklam
image-1backend

Azərbaycan Serbiyanı COP29-a dəvət etdi

image-728x90

Azərbaycan Serbiyanı rəsmilər və vətəndaş cəmiyyəti səviyyəsində COP29-da aktiv iştiraka dəvət edib.

Ulusal.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında deyib.

“Komissiyanın imkanından istifadə edərək, Serbiya tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yüksək səviyyədə aktiv iştiraka dəvət edirik. Həmçinin noyabr ayında Serbiyadan olan gənc iqlim liderlərinin və QHT nümayəndələrinin COP29-da iştirak üçün Bakıya səfərinə açığıq”, – deyə o vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90