image-rt-reklam
image-2backend

“Azərbaycan Prezidentinin apardığı siyasət özünü tam doğruldur” – Politoloq

image-728x90

Prezident İlham Əliyevin Çinə səfəri və hava limanında ən yüksək səviyyədə qarşılanması, hər şeydən əvvəl Çin rəhbərliyinin dövlət başçımıza olan şəxsi hörmətinin və münasibətinin bariz göstəricisidir.

Bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Onun sözlərinə görə, səfər çərçivəsində xüsusilə diqqət çəkən məqamlardan biri Çin rəhbərinin Azərbaycan Prezidentinə “sevgili dostum” ifadəsi ilə müraciət etməsi olub:

“Düşünürəm ki, bu sadə, amma dərin məna daşıyan ifadə hər şeyi əks etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı bu gün geosiyasi və geoiqtisadi problemlərin müzakirəsi üçün nüfuzlu və mötəbər beynəlxalq platformadır. Yeni regional və qlobal reallıqlar, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu platformanın əhəmiyyəti daha da artıb.”

Politoloq bildirib ki, Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsi və uzunmüddətli, dayanıqlı nəqliyyat-kommunikasiya sisteminin formalaşdırılması baxımından Azərbaycanın həyata keçirdiyi çoxvektorlu siyasət tam şəkildə özünü doğruldur:

“Çində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər yalnız cari əməkdaşlıq məsələlərini deyil, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına, Azərbaycanın gələcək inkişafına və dövlətimizin möhkəmlənməsinə yönəlib.”

Arzuman Muradlı əlavə edib ki, bütün bu proseslər Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90