image-rt-reklam
image-1backend

Azərbaycan boksçusu Ermənistan təmsilçisini məğlub edib

image-728x90

Azərbaycan boksçusu Bəhreyndə keçirilən Gimnaziadada Ermənistan təmsilçisini məğlub edib

Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.

O, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, azərbaycanlı boksçunun Manamada qazandığı ilk qızıl medaldır.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan kişilərdən ibarət komandada daha 8 idmançı finalda mübarizə aparacaq.

İndiyədək Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 18 medal qazanıblar: Əli Əliyev (46 kiloqram), Şahin Mustafayev (48 kiloqram), Nihad Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Əminə Tağı (54 kiloqram) və Dəniz Babayeva (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda uduzan Aylin Nəzərova (50 kiloqram), Aysu Mikayılova (52 kiloqram), Mələk Hümbətova (57 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) gümüş, Adil Zalovla (75 kiloqram) Səftər Məmmədzadə (+80 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90