Almaniya hökuməti Ukraynaya 20 ədəd “Dinqo” zirehli texnikası göndərib.
Ulusal.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında məlumat verilib.
Ukrayna ordusuna 2 ədəd ağır tonnajlı M1070 qoşqu texnikalarının da verildiyi bildirilir. Beləliklə Ukraynaya təhvil verilən “Dinqo” maşınlarının sayı 50-yə, M1070 texnikalarının sayı isə 12-yə çatıb.
Yeni hərbi yardım paketinə 18 ədəd 155 mm çaplı artilleriya qurğusu, 80 pikap tipli maşın, 90 ədəd pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemi və digər texnikalar daxildir.(modern)