image-rt-reklam
image-1backend

ABŞ Azərbaycanda “tam fərqli” layihələrə başlamaq istəyir — ARAŞDIRMA

image-728x90
“Internews”a həvalə edilən missiyanın  uğursuz alınması narahatlıq yaradıb.

May ayında ABŞ səfirliyinin, həmçinin, ABŞ  mənşəli “Internews” təşkilatının nümayəndələri ilə onların  Azərbaycandakı tərəfdaşları arasında onlayn formatda görüş keçirilib.  ” Internews” adından toplantıya qurumun Azərbaycan üzrə nümayəndəsi Farhod Rahmatov, o cümlədən, təşkilatın “Müstəqil məzmun istehsalının genişləndirilməsi” proqramının (Expanding Production of İndependent Content) direktoru Agnela Sirbu qoşulub.

Görüşdə əsas müzakirə mövzusu “Internews” tərəfindən 2023-cü il ərzində, o cümlədən, 2024-cü ilin birinci rübündə Azərbaycanda maliyyələşdirilən media orqanlarının fəaliyyəti olub. Yekun rəy verilib ki, bu dövr ərzində  “Internews” tərəfindən maliyyələşdirilən media layihələri özünü doğrultmayıb. “Araşdırmalar, yazı və video materiallar Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmayıb. Məhdud auditoriya cəlb edə bilib”.

Gələn xəbərlərdən belə nəticə çıxır ki, yerli tərəfdaşlar öz qüsurlarını  obyektiv səbəblərlə əlaqələndiriblər. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirlər nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi  həm ölkədə, həm də regionda şərtləri dəyişdirib. Müxalifət mövqeli siyasi qüvvələrin  Prezident İlham Əliyevin siyasi kursuna alternativ proqram  təqdim edə bilməməsi yeni reallıqlar yaradıb. Ölkədə müxalif fikrə və müxalif liderə meydan qalmayıb. Bu baxımdan ABŞ yönlü media subyektlərinin təqdim etdikləri məzmun da rəğbətdən düşüb.

Toplantı təkcə ötən fəaliyyətin və qüsurların müzakirəsi ilə tamalanmayıb. Böhrandan çıxmaq, yerli auditoriyaya nüfuz etmək üçün vasitələr nəzərdən keçirilib. Yeni maliyyə büdcəsinin yeni istiqamətlər üzrə sərf edilməsi məqbul sayılıb. Bu kontekstdə  2024-cü ilin iyun ayında “Internews”-un Azərbaycanda tərəfdaş təşkilatlar üçün keçirdiyi “milli çağırış” “(National call) qrant müsabiqəsinin nəticələri də elan edilib. Bu dəfə  müsabiqədə “Internews”un Azərbaycan üzrə qrant verdiyi ənənəvi media resursları deyil, yeni formatlı təşkilatlar qalib elan edilib. Bu sırada “HAQQ Talk Podcast” (hüquqi maariflndirmə motivli  videoçarxlar və podkastlar hazılrlayır), “Dok Atelye” (gender məsələləri, feminizm motivli platforma), “Minority Magazine” (LGBT+ hüquqlarının müdafiəsi ilə məşğul olan platforma) və digərləri qaliblər sırasında yerləşdirilib.

Göründüyü kimi, ABŞ və “Internews” Azərbaycan üzrə əməkdaşlıq etdikləri medianın tipini dəyişir. İndi ənənəvi media qurumlarından daha çox, sosial şəbəkə platformaları üzərindən fəaliyyət göstərən subyektlərə üstünlük verilir. Paralel olaraq, istinad olunan zümrələr də yenilənir. Cəmiyyətdəki  marginal qruplara, yəni, LGBT+ nümayəndələrinə, “radikal feminist”lərə daha çox istinad edilir. Gələcəkdə bu qruplardan həm də, siyasi aksiyalar üzrə istifadə etmək planlaşdırılır.

Yeri gəlmişkən qeyd edək ki,  ABŞ/Qərb mərkəzləri tərəfindən “radikal feministlər”lə aparılan  iş, artıq onlar üçün effekt verir. Azərbaycanda ictimai maraqların ziddinə hərəkət edən “radikal feministlər şəbəkəsi” məhz Qərbdən gələn maliyyə və proqramlar  çərçivəsində aktivləşdirilir. Bu qrup Bakı küçələrində milli əxlaqa zidd olan şüarlarla aksiyalar keçirib, Ermənistandan yönləndirilən yalançı “sülhsevər/pasifist” kampaniyalara qoşulub, yeri gələndə isə, siyasi tələblərlə çıxış edib.  Məsələn, sentyabrın 1-də keçirilən Milli Məclis seçkisi zamanı “radikal feministlər”i təmsil edən deputatlığa namizədin necə skandallar yaratdığını hər kəs gördü.  “Internews” indi həmin modeli  LGBT+ nümayəndələrinə də tətbiq edir.

Keçirilən toplantıda siyasi müxalifətin fəallaşdırılması mövzusu da müzakirə edilib. Qarşıdakı müddətdə  xaricdəki müxalif şəxslər arasından yeni  “liderin” hazırlanacağı barədə xəbər anons edilib. Müşahidələr göstərir ki, toplantıdan sonra bu istiqamətdə də müəyyən addımlar atılır. Belə ki, “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) Çexiyada məskunlaşmış üzvü Elman Fəttah “Internews”un dəstəyi ilə DTİ-ni Praqada rəsmi qeydiyyatdan keçirib. O, yeni auditoriya formalaşdırmaq,  təmsilçilərinə təlimlər keçmək üçün yetərli miqdarda maliyyə ilə təmin edilib.
Ətraflı

DTİ-nin formalaşdırdığı qrupun   Çexiyanın “Prague Civil Society Centre” (PCSC) təşkilatı tərəfindən  2024-cü ilin oktyabr ayında keçiriləcək “Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan vətəndaş cəmiyyəti nümayəndələri üçün liderlik mövzusu üzrə təlimlər”də iştirak etməsi razılaşdırılıb.

Yeri gəlmişək qeyd edək ki, hazırda Çexiya ilə yanaşı, Balkan ölkələrində də  Azərbaycanlı gənclərdən ibarət xüsusi təxribat  qruplarının  hazırlandığı barədə məlumatlar gəlməkdədir. Onlara təlimlər keçirilməsi,  müəyyən dövrdən sonra Azərbaycana transfer edilmələri üçün iş aparıldığı qeyd olunur. İlk aksiyaların  COP29 tədbirləri dönəminə təsadüf edəcəyi gözlənilir
Azərbaycan KİV-lərinin yaydıqları məlumatlardan belə nəticə çıxır ki, indi Çexiya və Bosniyada hazırlanan qrupların bir qismi Gürcüstandan transfer edilənlərdir. Uzun illər ərzində Gürcüstan üzərindən koordinasiya edilmiş  “təxribat infrastrukturu” dağılmaq ərəfəsində olduğu üçün, Qərb öz şəbəkələrinin ünvanını dəyişir. İndi koordinasiya işi Çexiyada qurulub. Dağıdıcı aksiyalara hazırlıq  yönündə təlim və treninqlər isə Balkanlarda – Bosniya və Herseqovina ərazisində təşkil edilir.

Məlumatda o da vurğulanır ki, gənclərdən ibarət olan qrupların formalaşdırılması və şəbəkənin   maliyyə təminatı üçün koordinasiyadici şəxslər müəyyənləşdirilib. Elman Fəttah bu şəxslərdən biridir. O, “Demokratik Təşəbbüslər İnstitutu”nda təmsil olunmaqla yanaşı, həm də III Respublika Platformasının yaradıcılarındandır. Yəqin ki, əksəriyyət III  Respublika Platformasının mahiyyəti barədə məlumatlıdırlar. Azərbaycan KİV-də həm DTİ, həm də III  Respublika Platformasının anti-milli fəaliyyəti barədə yetərli məlumatlar dərc edilib. İndi bəlli olur ki, bu qurumların ideya qaynağı həm də ABŞ-dən,  “Internews” dan gəlib.

“Internews”  ABŞ təşkilatıdır.  100-dən çox ölkədə fəaliyyət göstərib. Parisdə, Londonda regional ofisləri var. 2015-ci ilə qədər “Internews -Azərbaycan” adlı filialı ilə bizim ölkəmizdə də fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycanda “Qrant haqqında qanun”a edilən dəyişikliklərdən sonra fəaliyyətini dayandırıb. Çünki, şəffaf formada işləyə bilməyib. Qanunda edilən dəyişiklik  “Internews”un əməllərindəki qüsurları üzə çıxarıb.

İndi aydın olur ki, “Internews” Azərbaycandakı fəaliyyətini simvolik olaraq dayandırıb. Yəni, zahirən fəaliyyətini dayandırdığını elan edib, amma qeyri-leqal formada işini davam etdirib. Qeyri-leqal yollarla milyonlarla dollar məbləğində vəsaiti Azərbaycana ötürərək, buradakı marginal qrupların və ABŞ-a xidmət edən KİV-ləri maliyyələşdirilməsində iştirak edib.

Problem təkcə “Internews-Azərbaycanın” fəaliyyətinin rəsmən dayanmasında, amma qeyri-leqal formada davam etməsində deyil, həm də  “Internews” məramnamsindədir. Təşkilatın saytında qeyd edilir ki, o, “bütün dünya ölkələrində alternativ informasiya mənbələrinin inkişafına dəstək verməklə, dezinformasiyaya qarşı qlobal  mübarizə aparır”.

Əgər “Internews” bu şüarında səmini olsaydı, onda öz fəaliyyətini ayrı-ayrı ölkələrdə deyil,  ABŞ üzərində fokuslaşdırmalı idi. Çünki, bütün elmi tezislərdə qeyd olunur ki, hal-hazırda dünyada ən böyük dezinformasiya mənbəyi ABŞ-dir. Bu faktı ABŞ-nin özündə də etiraf edirlər. Nüfuzlu “PolitiFact” platforması  2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib. “PolitiFact” bu nəticəyə gəlib ki, ABŞ-də prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar.

Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə 2022-ci ildə keçirdiyi sorğunun nəticələri  üzrə hazırladığı  hesabatda qeyd edib ki, ABŞ-da ümumi informasiya dövriyyəsində “feyk xəbər”in payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi “saxta xəbər” artımının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər.

“Washington Post” un fakt yoxlayıcıları ABŞ Prezidentlərinin “yalan və ya aldadıcı iddialar haqqında rekord”u paylaşıblar. (Milli.az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90