Ulusal.az Xəzər TV-yə istinadla xəbər verir ki, Rüzgar Rzayevanın sözlərinə görə, 2 il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib.
1 həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.
Bu zaman gips açılanda dərinin gipsə yapışdığı aşkarlanıb.
Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.






















