Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana səfər edib.
Ulusal.az xəbər verir ki, səfər zamanı Kılıç Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyana bəzəkli gümüş boşqab hədiyyə edib.
Ermənistan mediasının məlumatına görə, Kostanyan bu hədiyyəni Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyaya təqdim edib.
Hədiyyənin dəyəri 101228 dram olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ermənistanda dəyəri 60 000 dramdan yuxarı olan hədiyyələr dövlətə və ya ictimaiyyətə təqdim olunmalıdır.Musavat.com























