image-rt-reklam
image-1backend

Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi: Azərbaycanda gizlənir?

image-728x90

Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənovu növbəti dəfə axtarışa verib.

Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” nazirliyin məlumat bazasına istinadən məlumat yayıb.

“Hüseyn Həsənov… Axtarış səbəbi: Cinayət Məcəlləsi ilə axtarışa verilib… Yenidən elan edilib”, – məlumatda qeyd olunur.

Həsənov əvvəllər axtarışa verilib və çirkli pulların yuyulmasına görə qiyabi həbs edilib. İddia aprelin 23-də Moskvanın Çertanovski Məhkəməsinə verilib .

Blogerə qarşı Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (“Xüsusən külli miqdarda çirkli pulların yuyulması”) ilə cinayət işi açılıb. Onu yeddi il həbs cəzası gözləyir.

Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi məlumatlara görə, o, Azərbaycanda yaşayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90