image-rt-reklam
image-1backend

Qalmaqallı həkim bu xəstəxanada işə başladı – İddialara cavab vermir

image-728x90
Pasiyentlərinin barəsində çoxsaylı şikayət etdiyi lor həkimi və estetik-cərrah Rəşad Məmmədov yeni xəstəxanada işə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, hazırda o, “Milana Hospital”da çalışır.

Amma həkimin “Instagram” səhifəsində onun əlaqə nömrəsi, qəbul saatı və hazırda çalışdığı klinika barədə heç bir məlumat qeyd olunmayıb

Xatırladaq ki, R.Məmmədovun pasiyenti olmuş üç qadının əməliyyat nəticələrindən narazı qalaraq ictimailəşdirdiyi şikayətlərə sonradan daha bir neçə nəfər də qoşulub.

Pasiyentlər əməliyyatlardan sonra həm estetik, həm də sağlamlıqla bağlı ciddi fəsadlarla üzləşdiklərini bildiriblər.

Şikayətçilərin sözlərinə görə, həkim onları müxtəlif klinikalarda – “Vimay”, “İstanbul NS”, “MedEra Hospital” və digər tibb müəssisələrində əməliyyat edib. İddialara əsasən, həkim heç bir klinikada uzun müddət fəaliyyət göstərmir və tez-tez iş yerini dəyişir.

Şikayətlərlə bağlı R.Məmmədovun mövqeyini öyrənmək mümkün olmayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90