image-rt-reklam
image-1699690183_nesib66-1jpg-1699770829backend

“200 ildən sonra erməni separatizminin tabutuna son mismarlar vuruldu” -Millət vəkili

image-728x90

“ATƏT-n Minsk qrupunun ləğvi, son illər Azərbaycan diplomatiyasının ən böyük uğurudur. Prezident İlham Əliyevin elan etdiyi “Konstitusiya və suverenlik” ilinə hədiyyədir.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan, Xankəndinin işğaldan azad olunmasl ilə ərazi bütövlüyünü, suverenliyini bərpa etdi.

“Minsk qrupunun ləğv olunmaması, ölkəmizin, həmin təşkilatın proteksiyasında qalması anlamına gəlirdi. Bu da, erməni millətçi-daşnaklara, aqressiv diaspora və lobbi təşkilatlarına revanş ümidi verirdi. Kriminal Qarabağ klanı bundan istənilən halda Azərbaycan əleyhinə istifadə edə bilərdi. Artıq bütün kartlar əllərindən çıxdı və tarixin zibilliyinə atıldı. 200 ildən sonra erməni separatizminin tabutuna son mismarlar vuruldu.”- deyə Nəsib Məhəməliyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90