image-2000x150
image-2backend

“ Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”        

image-728x90

    “  Biz hamıməz azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlığı anadangəlmə qəbul etmişik.” Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik sistemə, çoxcəhətli və əhatəli üslublara malikdir. Bu dil bizə məlum olan konkret ərazidə – Böyük Azərbaycanda eramızın ilk əsrlərində oğuz-səlcuq dilləri zəminində formalaşmış, məhəlli-qəbilə, tayfa səviyyəsindən 50 milyondan çox azərbaycanlı türkünün istifadə etdiyi müasir,ümummilli dil səviyyəsinə yüksəlmişdir.

Dünyanın bütün qitələrində ünsiyyət vasitəsi kimi səslənən bu dil-Azərbaycan dili Azərbaycan xalqının milli mənliyi və ən qiymətli, əvəzolunmaz sərvətidir. Azərbaycan dilinin inkişafı, çiçəklənməsi, zənginləşməsi uzun və ziddiyyətli bir yol keçmişdir.

Azərbaycan dilinin bu günkü səviyyəyə çatmasında xalqımızın mənəvi zənginləşməsi və təkmilləşməsi, elmi, bədii və məntiqi təfəkkürünün formalaşması mühüm rol oynamışdır. Dilimizin inkiaşafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində H.ƏIiyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə hörmətli prezidentimiz H.Əiiyevin adı ilə bağlıdır.

H.ƏIiyev və Azərbaycan dili! Bu iki ad XX əsrin 60-cı iliərindən həmişə qoşa çəkilmişdir. Çünki  H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan – 1969-cu ildən bu günə kimi Azərbaycan dilinə təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən  yayındırmamışdır.H.ƏIiyevin ayrı-ayrı nitqində dil haqqında söylədiyi düşüncələri onun Azərbaycan dilinin inkişafındakı rolunu, mövqeyini bir daha qabarıq şəkildə göstərir, dilimizin inkişaf istiqamətlərini müəyyənləşdirir:

«Hər bir azərbaycanlı birinci növbədə öz dilini bilməlidir. Ondan sonra başqa dilləri bilməlidir. Mən bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, indi biz müstəqil dövlətik və bizim vətəndaşlarımız, xüsusən gənclərimiz başqa dilləri öyrənməlidirlər. Amma birinci növbədə öz dilini, yəni Azərbaycan dilini, bizim doğma dilimizi bilməli, sevməlidirlər. Doğma dilimizdə həm danışmalı, həm oxumalı, həm də yazmalıdırlar. Ondan sonra rus dili də, ingilis dili də, fransız dili də, başqa dillər də lazıımdır».

… «Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsində qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyyəti nəticəsində mümkün olur».

… «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətldir».

… «Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir».

…«Ana dilini bllməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir».

… «Öz ana dilini bilməyən adamlar şikəst adamlardır».

… «Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir».

H.ƏIiyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə son bir neçə ildə Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı hörmətli prezidentimiz H.ƏIiyevin  imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.

18 iyun 2001 -ci il! Bu, Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qalacaqdır. Məhz bu tarixdə H.ƏIiyev cənabları «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» müstəsna dəyəri olan bir fərmana qol çəkdi. Ondan bir neçə gün sonra – 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi.

H.ƏIiyev Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi illərdə Azərbaycan dilinə çox böyük qayğı ilə yanaşmış, onun keşiyində dayanmışdır. Xüsusilə, Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildiyi andan Azərbaycan dilinə qayğını daha da artırmışdır. Prezidentin Azərbaycan dili haqqında yuxarıda qeyd etdiyimiz məlum fərman və sərəncamı geniş xalq kütləsi, ziyalılar, alimlər, gənclər, təhsil və mətbuat işçiləri minnətdarlıqla qarşıladılar. Fərmanda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin varlığı və müstəqilliyi sadə və anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. Bu, onun müqəddəs vətəndaşlıq borcu idi.Ana dilli hər millətin mənəvi sərvətidir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir.Ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

  Hənifə Mahmudova Mahmud

  Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90