image-rt-reklam
image-1backend

Məsud Pezeşkian yaralanıbmış! İsrail bombardmanının təfərrüatı ortaya çıxdı

image-728x90

İyunun 16-da İsrail pilotsuz aparatları və yüksək dəqiqlikli idarəolunan sursatlarla Tehranın qərbində yerləşən mühüm strateji binaya zərbə endirmişdi.

Ulusal.az  xatırladır ki, həmin vaxt binada İranın 3 əsas hakimiyyət qolunun rəhbərlərinin – prezident Məsud Pezeşkianın, parlament sədri və məhkəmə başçısının iştirakı ilə iclas keçirilirdi.

İran mediası və xarici mənbələrin məlumatına görə, bu zərbə Həsən Nəsrullahın Beyrutda məhv edilməsi planına bənzər taktika ilə icra olunmuşdu: binanın giriş-çıxışlarına 6 idarəolunan raket buraxılaraq həm evakuasiya yolları bağlanmış, həm də içəridəki hava dövranı pozulmuşdu. Partlayışlardan sonra binanın işığı sönmüş, ancaq yüksək çinli rəsmilər əvvəlcədən hazırlanmış fövqəladə tunel vasitəsilə ərazidən uzaqlaşa bilmişdi.

Evakuasiya zamanı prezident Məsud Pezeşkian da daxil olmaqla, bir neçə nəfər yüngül xəsarətlər almışdı.
Amma bu hadisədən sonra Pəzeşkianın davranışı İrandakı digər siyasi və hərbi liderlərdən köklü şəkildə fərqlənmişdi. O, yaralı olmasına baxmayaraq gizlənməmiş, əksinə, dərhal xalqın arasına çıxmışdı. Tehranın müxtəlif xəstəxanalarına baş çəkmiş, hücum zamanı zərər görənlərin durumu ilə şəxsən maraqlanmışdı. Bundan başqa, meydanlarda, məscidlərdə, mətbuat qarşısında çıxış edərək həm cəmiyyətə, həm də İran mediasına şəffaf mesajlar vermişdi.

Bu fərqli davranış İran cəmiyyətində böyük rezonans doğurmuş, mühafizəkar dairələrin özlərini qorumaq üçün səngərlərə çəkilməsinə zidd obraz yaratmışdı.

Azərbaycan türkü faktorunu da xüsusi vurğulamaq yerinə düşür. Çünki Pezeşkian həm də Güney Azərbaycandan çıxmış prezidentdir. Onun bu cəsarətli addımları Azərbaycan türkləri arasında əlavə qürur və həmrəylik duyğusu oyatmışdı.

Beləliklə, iyunun ortalarında baş vermiş bu hücum həm İsrailin İran daxilində əməliyyat imkanlarının böyüklüyünü, həm də İranın təhlükəsizlik sistemindəki ciddi boşluqları bir daha üzə çıxarmışdı. Bununla belə, prezident Pezeşkianın xəstəxana palatalarından tutmuş izdihamlı ibadət məkanlarına qədər xalqla bir yerdə olması İran elitasının tipik qorunma modelini sındırmışdı.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90