Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri Rusiyanın “Gerbera” adlı zərbə dronunu məhv edib.
Ulusal.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya Ukrayna kəşfiyyat mənbələri məlumat verib.
İnsident iyulun 12-də Belarus hava məkanında baş verib. Məlumata görə, həmin vaxt bölgədə azı üç Rusiya pilotsuz uçuş aparatı fəaliyyət göstərirdi. Onlardan biri – “Gerbera” tipli zərbə dronu Ukrayna istiqamətində hərəkət edərkən Belarus helikopteri tərəfindən vurulub.
Dronun qalıqları Belarusun Qomel vilayətinə düşüb. Hadisə Belarusla Rusiya arasında gərginliyi daha da artıracağı ehtimal olunur.
Ekspertlər bu olayı Moskva-Minsk münasibətlərində ciddi çat yaranması kimi qiymətləndirir. Rusiya tərəfi hələlik rəsmi mövqe bildirməyib. Belarus isə hadisəni “hava məkanının qorunması” adı altında əsaslandırmağa çalışır.