image-rt-reklam
image-4backend

Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç FOTO

image-728x90

İyulun 14-də Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç baş tutdu. Ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha bir neçə ailə bu gün doğma yurda qayıtdı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk mərhələdə Xocalının Təzəbinə kəndinə 125 nəfərdən ibarət 28 ailə, Xanyurdu kəndinə isə 33 ailə yəni 122 nəfər köçürüldü. Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Xankəndi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Təzəbinə və Xanyurdu kəndlərində də keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kəndlər fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. S. Qəhramanovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Kəndlərə köç prosesi mərhələli şəkildə davam edəcək. Keçmiş məcburi köçkünlər isə çıxışlarında doğma yurda dönməyin mənəvi rahatlıq, böyük sevinc hissi yaratdığından danışıb, dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xatırladaq ki, Təzəbinə və Xanyurdu kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində hər iki kənd işğaldan azad olunub.

image-1 image-2 image-3 image-4

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90