image-rt-reklam
image-1backend

Ankara və İstanbul dəhşətli fəlakətlə üz-üzə: Son 52 ildə belə şey olmamışdı

image-728x90

Ankara və İstanbul içməli su təminatında ciddi problemlərlə üzləşəcək, Türkiyə son 52 ilin ən quraq dövrünü yaşayır.

Ulusal.az xəbər verir ki, bu barədə “Posta” qəzeti Muğla Universitetinin İnşaat fakültəsinin Su Ehtiyatları şöbəsinin müdiri, dosent Ceyhun Özçelikin qiymətləndirmələrinə istinadən yazıb.

“Türkiyədə son 52 ilin ən quraq dövrü 2025-ci ilin ilk doqquz ayında qeydə alınıb. Yağıntı mövsümi norma ilə müqayisədə 26 faiz azalıb. Bu il ölkəyə hər kvadratmetrə 520 millimetr yağıntı düşəcəyi gözlənilirdi, lakin təxminən 380 millimetrə qədər azalıb”, – nəşr alimin sözlərini sitat gətirib.

“İçəri Anadolu bölgəsində bu rəqəm yüzdə 36 civarında olduğu halda, Mərmərə, Ege və Aralıq dənizi bölgələrində yağıntı yüzdə 30 civarındadır. Türkiyədə 9 ayda yüzdə 26 faiz yağıntı miqdarının azalması ölkədə kənd təsərrüfatı məhsuldarlığının ciddi şəkildə azalacağı anlamına gəlir”, – deyə Özçelik bildirib.

Onun sözlərinə görə, əhalinin məskunlaşdığı ərazilərdə və meqapolislərdə su anbarlarının olmaması və ya qeyri-kafi olması səbəbi ilə böyük problemlər qaçılmazdır.

“Hazırda Ankaradakı su anbarlarının tutumu təxminən 13,3 faizdir. Bu, kifayət qədər aşağı rəqəmdir və ciddi çətinliklərin yaranacağı göz qabağındadır”, – o qeyd edib.

“Egey Bölgəsində İzmirin ən böyük bəndi olan Taxtalı anbarının su səviyyəsi yüzdə 10,1-ə düşüb. İstanbulda vəziyyət keçən il olduğu kimidir… İyun ayı etibarilə ölkə üzrə yağıntı səviyyəsi yüzdə 63-dür. Mərmərə dənizi və Cənub-Şərqi Anadolu ən kritik bölgələr arasındadır”, – Özçelik deyib.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90