image-rt-reklam
image-1backend

Məşhur restoran buna görə cərimə edilmişdi- Məhkəmə qərar verdi

image-728x90

Bakının ən məşhur restoranlarından biri olan “Sapfir Saray” atmosferi çirkləndirdiyi üçün cərimə edilmişdi. Lakin məhkəmə bu qərarın doğru olmadığı barədə qərar çıxarıb.

Ulusal.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi restoranı astmosferi çirkləndiridiyi üçün cərimələnib.

Restoran rəhbərliyi həmin protokoldan şikayət verib. Məhkəmə şikayətə baxan zaman restoranın haqlı olması barədə qərar qəbul edib.

Nizami Rayon Məhkəməsi protokolun əsassız şəkildə tərtib edilməsi barədə qərar çıxarıb.

Məhkəmə qeyd edib ki, inzibati xəta haqqında protokol tərtib edilərkən obyekt nümayəndələrindən heç kimin izahatı alınmayıb və ümumiyyətlə, protokolla tanış edilməyib. Protokol birtərəfli qaydada inzibati xətanın baş verdiyi yerdə deyil qeyri-müəyyən yerdə tərtib edilib.

Halbuki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməli idi. Nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizəsini təqdim etmək imkanlarından məhrum edilib.

Məhkəmə araşdırması nəticəsində həmçinin müəyyən edilib ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi protokolu cihazın göstəriciləri əsasında tərtib etdiyini desə də cihazın göstəriciləri barədə hər-hansı rəsmi sübut təqdim etməyib. Cihazın göstəricilərini təsdiq edən şahidlərin ifadələri də alınmayıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90