Qastroenteroloq Yekaterina Kaşux istidə arıqlamağın sadə yolunu göstərib.
Ulusal.az xəbər verir ki, onun sözlərindən Life.ru sitat gətirib.
Mütəxəssis gün ərzində kifayət qədər su içməyi, eləcə də yüngül qidalar seçməyi tövsiyə edib: daha çox təzə tərəvəz və meyvələr, yağsız protein. O vurğulayıb ki, arıqlamaq üçün əsas amil kalori çatışmazlığı olmalıdır.
Kaşux bildirib ki, idman etmək lazımdır, lakin intensiv məşq üçün istinin pik nöqtəsindən qaçıb səhər və ya axşama keçirmək məqsədəuyğundur.
“Bundan əlavə, sağlamlığınıza nəzarət etmək lazımdır. Əgər başgicəllənmə, zəiflik və ya ürəkbulanma hiss edirsinizsə, dərhal sərin yerə keçin və maye qəbul edin”, – o əlavə edib.