image-rt-reklam
image-1backend

“İsrail və Suriya arasında birbaşa danışıqların Bakıda keçirilməsinin tarixi əhəmiyyəti var”-POLİTOLOQ

image-728x90

Bakı artıq sülh görüşlərinin çarcısına çevrilib. İsrail mediasının məlumatına görə bu dəfə   Bakı Suriya və İsrail rəsmiləri arasında tarixi bir görüşə ev sahibliyi edib.

Politoloq Arzuman Muradlı bildirib ki, bu görüş, son onilliklər ərzində bu iki ölkə arasında ilk birbaşa yüksək səviyyəli danışıqlardan biridir.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Bu görüşün keçirilməsi ilə bağlı hələ bir neçə gün öncə məlumat yayılmışdı. Ancaq görüş yeri kimi Bakının seçilməsi, bir çox məsələlərə aydınlıq gətirir. Bu onu deməyə əsas verir ki, artıq rəsmi Bakı sülhün mərkəzi rolunu oynayır. Qeyd etmək istəyirəm ki,  görüşdə Suriya və İsrailin rəsmi nümayəndələri iştirak edib. Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Azərbaycana səfər etməsi də qaranlıq qalan məqamlara aydınlqı gətirdi. Bəşər Əsəddən fərqli olaraq , Əhməd əl-Şaraa Bakı ilə dost olduğunu açıq bəyan etdi.” – deyə Arzuman Muradlı bildirib.

“Danışıqların əsas mövzusu kimi İsrailin Suriyadakı hərbi mövcudluğu müzakirə olunub. Xüsusilə, dekabrda Bəşər Əsədin devrilməsindən sonra yaranmış yeni siyasi şərait fonunda bu mövzu aktuallıq kəsb edir. Tərəflər gərginliyin azaldılması mexanizmlərini və mümkün təhlükəsizlik razılaşmalarını müzakirə etməyi planlaşdırıblar. Azərbaycan bu danışıqlar üçün platforma təmin edib. Bu, Azərbaycanın regional sülh və sabitlik proseslərinə verdiyi önəmin göstəricisidir. Bu görüş, regionda uzun illər davam edən gərginlikdən sonra dialoqun bərpasında mühüm bir addım kimi qiymətləndirilir. İsrail və Suriya arasında birbaşa danışıqların Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq arenada sülh quruculuğu və vasitəçilik rolunu gücləndirir. Bu hadisənin uzunmüddətli nəticələri hələ tam bəlli olmasa da, müsbət bir başlanğıc hesab olunur. ” -deyə Arzuman Muradlı qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90