UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” və “Qarabağ” komandaları arasında keçirilmiş cavab oyunundan (3:2, ilk oyun 2:2) yazıb.
Ulusal.az xəbər verir ki, UEFA Ağdam klubunun mübarizəsini xüsusi qeyd edib:
“Bayer” ardıcıl ikinci dəfə Patrik Şikin vurduğu qol sayəsində “Qarabağ”la görüşdə məğlubiyyətdən xilas oldu. Leverkuzenlilər Abdellah Zubir və Juninyonun qollarından sonra sensasiyalı şəkildə məğlub olurdu. İkinci qol isə 62-ci dəqiqədə Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra oldu. Lakin Jeremi Frimponq tezliklə Azərbaycan çempionunun qapısına yol tapdı və əsas vaxtın üçüncü, səkkizinci dəqiqələrində Şik Xabi Alonsonun komandasına inanılmaz geri dönüş təmin etdi. Bundesliqanın lideri bütün turnirlərdə məğlubiyyətsiz olmağa davam edir”.